22 Fevral 2024, 18:48
FUTBOL
"Liverpul" bu mövsüm bütün yarışlarda 5 oyunçunun 10 və ya daha çox qol vurduğu ilk 5 liqada yeganə komanda oldu.
Matc.az xəbər verir ki, hücumçu Məhəmməd Salah 19 qol vurub. Dioqo Jotanın aktivində 14, Darvin Nunesin isə 13 qol var. Kodi Qapko mövsüm boyu 11, Luis Diaz isə 10 dəfə fərqlənməyi bacarıb.
Xatırladaq ki, Premyer Liqanın 26-cı turunun matçında "qırmızılar" "Luton Taun"a 4:1 hesabı ilə qalib gəldilər.