"Bavariya" yayda klubu tərk edəcək Tomas Tuxelin yerinə yeni baş məşqçi axtarır.
 
Matc.az xəbər verir ki, münhenlilər üçün ən çox üstünlük verilən variant "Bayer-04"ə başçılıq edən Xabi Alonsodur. Almaniya çempionu ispan mütəxəssislə müntəzəm əlaqə saxlayır.
 
"Bavariya" hazırda "Aston Villa"da olan Unai Emerini də izləyir. Bundan başqa, "Ştutqart"dan Sebastyan Hönes, Zinəddin Zidan və Hans Flik də mümkün namizədlər sırasında qeyd edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest