"Bayer-04" və Almaniya yığmasının yarımmüdafiəçisi Florian Virtz 2024/25 mövsümünün sonuna qədər Leverkuzen klubundan ayrılmaq niyyətində deyil.
 
Matc.az xəbər verir ki, onunla "Bavariya", "Real", "Liverpul" və "Mançester Siti" yaxından maraqlanır. "Aspirinlər" Virtzin satışından 130 milyon avro qazanmaq istəyir.
 
Qeyd olunur ki, yarımmüdafiəçinin Madrid klubuna keçməsində "Real"ın texniki sponsoru "adidas" maraqlıdır. Bundan əvvəl alman şirkəti "Borussiya"dan (Dortmund) yarımmüdafiəçi Cud Bellinqemin transferində "Los Blankos"a kömək etmişdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest