22 Fevral 2024, 21:25
FUTBOL
“Cenoa” Meksika millisinin müdafiəçisi Yohan Vaskeslə müqaviləni uzadıb.
Matc.az xəbər verir ki, yeni sözləşmənin müddəti 2027-ci ilin iyun ayına qədərdir.
Bu mövsüm Vaskes A Seriyasında və İtaliya Kubokunda 26 oyun keçirib, 1 qol vurub və 4 sarı vərəqə alıb. "Transfermarkt" portalı 25 yaşlı mərkəz müdafiəçisini 6 milyon avro dəyərləndirib.