Azərbaycan Premyer Liqasında XXIV tur start götürüb. Matc.az xəbər verir ki, bu gün turun açılış oyunu keçirilib.
Günün yeganə görüşü Qəbələdə keçirilib. Çempionatın autsayderləri “Kəpəz” və “Qəbələ” vacib xallar üçün mübarizə aparıb. Ev oyunlarını eyni stadionda keçirən komandaların duelində Gəncə təmsilçisi meydan sahibi olub. Maraqlı və gərgin şəraitində keçən qarşılaşma nominal meydan sahiblərinin qələbəsi ilə başşa çatıb. "Kəpəz" 2:1 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra gəncəlilər sonuncu pillədə qərarlaşan "Qəbələ" ilə aradakı xal fərqini 8-ə yüksəldiblər.
Qeyd edək ki, turun digər oyunları sabah və fevralın 25-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXIV
23 fevral (cümə)
“Kəpəz” – “Qəbələ” 2:1
Qol: Papunaşvili, 19. Amil Yunanov, 66 (p) - Osama, 44
Baş hakim: Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fal
Baş məşqçi: Adil Şükürov
“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 6. Feras Abu Akal, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 18. Mehrac Baxşalı, 30. Şahin Şahniyarov, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Baş məşqçi: Elmar Baxşıyev