23 Fevral 2024, 10:28
FUTBOL
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Konfrans Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Servett” (İsveçrə) oyununu idarə edib. Matc.az xəbər verir ki, görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk matçda qolsuz bərabərlik qeydə alındığından, “Servett” mərhələni adlayıb. Əliyar Ağayev bu oyunda ümumilikdə 6 sarı vərəqə göstərib. O, hər komandanın 3 üzvünə rəsmi xəbərdarlıq edib.
Qarşılaşmada Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim isə Kamal Umudlu olub.