“Marsel”in hücumçusu Pyerr-Emerik Obameyanq Avropa Liqasının tarixinə düşüb. Matc.az xəbər verir ki, qabonlu forvard turnirin pley-off mərhələsinin Donetsk “Şaxtyor”u ilə cavab görüşündə (3:1) qol vuraraq bunu reallaşdırıb.

34 yaşlı futbolçu Avropa Liqasında ümumi qollarının sayını 31-ə çatdırıb. Obameyanq bununla Radamel Falkaonu (30 qol) geridə qoyaraq, turnir tarixinin bombardirinə çevrilib.

Qeyd edək ki, “Marsel” Avropa Liqasında 1/8 finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest