23 Fevral 2024, 18:50
FUTBOL
"Bavariya"nın serbiyalı yarımmüdafiəçisi Aleksandr Pavloviç komandada ötən ayın ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib. Mənbənin məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi yanvarda Almaniya çempionatının 3 oyununda iştirak edib və 1 qol vurub - “Auqsburq”a (3:2).
Qeyd edək ki, bu, yarımmüdafiəçinin "Bavariya"da ilk mükafatıdır.