23 Fevral 2024, 21:25
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
	2023-cü ilin ən yaxşı Cənubi Amerika futbolçusu mükafatını "Real" və Braziliya yığmasının hücumçusu Vinisius Junior alıb. 
	Matc.az xəbər verir ki, bu mükafatı İspaniyanın Müstəqil Xəbər Agentliyi təqdim edir. 2023-cü ildə Vinisius 55 oyun keçirib, 23 qol vurub və 21 məhsuldar ötürmə edib. Həmçinin bu müddətdə 23 yaşlı braziliyalı, La Liqa, UEFA Superkuboku və Klublararası Dünya Çempionatı qalibi olub.

            
 


_1762210118.jpg)







