Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında ardıcıl 3-cü oyunda uduzub.
 
Matc.az xəbər verir ki, onun çıxış etdiyi LKS “Poqon”la bacarmayıb.
 
Lodz klubu bu görüşə yeni baş məşqçi ilə çıxıb. Yeni təyin olunmuş Marçin Matisyak da LKS-in uğursuz seriyasına son qoya bilməyib. Rahilin komandası səfərdə 4:2 hesabı ilə uduzub. Məmmədov 90 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, LKS Ekstraklasada 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komanda 2-ci dövrənin ilk iki oyununda “Korona” (1:2) və “Vidzev”ə (0:2) uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest