Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb. Matc.az xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

Matc.az xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. “Qarabağ” 292 xalla siyahıda 64-cüdür.

Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı mübarizədən kənarlaşdıran (4:2, 2:3) Qurban Qurbanovun yetirmələri 6 pillə irəliləyib. “Qarabağ” cədvəldə “Atletik”, “Gent”, “Beşiktaş” kimi klubları qabaqlayır. “Neftçi” 27 xalla 241-cı, “Sabah” 20 xalla 260-cı, “Qəbələ” 5 xalla 372-cıdır.

Qeyd edək ki, siyahıya 2345 xala malik “Real” başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest