“Müdafiədə səhvlər etmədik. Hücumda potensialımız böyükdür. Sadəcə, müdafiədə kobud səhvlər olurdu”

"Bu gün hər cür nəticə ola bilərdi. "Sabah" yaxşı komandadır. Hansı rəqibə qarşı oynayacağımızı bilirdik”.

Matc.az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXIV turunda “Sabah”a 2:0 hesabı ilə “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis çətin oyun olduğunu, amma müdafiədə səhvlər etmədiklərini bildirib: Onların keyfiyyətli oyunçuları var. Təşkilatlanmış kollektivdir, oyun stilinə sahibdirlər. Bizim üçün çətin idi, ilk yarıda hücum qurmağa tələsirdik. Fasilədən sonra dinamik futbol oldu, qarşılıqlı hücumlar şəraitində keçən oyun idi. Azarkeşlər üçün də maraqlı matç alındı. Qapılar qarşısında yetərincə qol epizodları yarandı. Bu gün "Səbail" kompakt, komanda şəkildə xarakteri özünü göstərdi. Futbolçular meydanın hər qarışı uğrunda canlarını, başlarını qoymağa hazır idilər. Komandanın toparlanması məni sevindirir. Müdafiədə səhvlər etmədik. Hücumda potensialımız böyükdür. Sadəcə, müdafiədə kobud səhvlər olurdu. Ötən oyunda iki müdafiəçimizin hədiyyəsindən sonra 2:2 olmuşdu. Bu gün həmin hədiyyələr olmadı. Komanda düzgün yoldadır. Artıq stabil heyətə yaxınıq. Stabil heyət olacaqsa, stabil oyun və stabil nəticə olacaq. "Sabah"a gələcək oyunlarda uğurlar arzulayıram".

Diniyev verilməyən penalti vəziyyətinə şərh verib: “İkitərəfli idi. Həm verə bilərdi, həm də verməyə bilərdi. Baş hakim belə qərar verdi və hörmətlə yanaşıram”.

Qeyd edək ki, qələbə sayəsində 34 xal toplayan “Səbail” 4-cü pilləyə yüksəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest