25 Fevral 2024, 11:20
FUTBOL
Azərbaycanlı futbolçu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” ardıcıl 3-cü oyunda uduzub.
Matc.az xəbər verir ki, Kardjali klubu 22-ci turda “Levski”yə məğlub olub.
Hüseynovun komandası səfərdə qapısından 4 cavabsız top buraxıb. Start heyətində meydana çıxan Cəlal 90 dəqiqə mübarizə aparıb. O, 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, “Arda” 22 turdan sonra 31 xalla 8-ci pilləyə geriləyib.