“Fasilədən sonra daha açıq futbola üstünlük verildi. Hansısa komandanın fərqlənəcəyi kimi görünürdü. İkinci qoldan sonra komanda rahatlandı”.

“10 oyundur qələbə qazanmırdıq. Futbolçular kritik vəziyyətdə qələbə qazandılar. Əzimkarlıq göstərdilər”.

Matc.az xəbər verir ki, bunu 3:0 hesablı qələbədən sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə “Azər-Naxçıvan”a qalib gələn komandanın çalışdırıcısı hesabın böyük olmasına baxmayaraq, çətin qələbə qazandıqlarını bildirib: “İlk hissə hər iki komanda ehtiyatlı oynayırdı. Fasilədən sonra daha açıq futbola üstünlük verildi. Hansısa komandanın fərqlənəcəyi kimi görünürdü. İkinci qoldan sonra komanda rahatlandı. Rəqib də əzmkar mübarizə aparırdı. 3:0 asan görünə bilər, amma çətinliklə oldu. Qarşıda bizi çox vacib oyunlar gözləyir”.

Rəşad Sadıqov “Zirə”nin az qol vurmasına aydınlıq gətirib: “Çempionatda qol vurmaq çətindir. Azərbaycan futbolunda ən çox 0:0, 1:0 qeydə alınan nəticələrin şahidiyik. Hər komanda ehtiyatlı oynayır, qol vurmaq çətin olur. 10 oyuna 1 qol vurmuşduq. Amma arada 3 kritik kubok matçı keçirmişdik. O oyunlarda 7 qol vurmuşduq. Bu gün daha dəqiq oynadıq. Əvvəlki matçlardan fərqli olan bu idi. Sonda da nəticə qazandıq”.

Qeyd edək ki, “Zirə” 10 oyundan sonra Azərbaycan Premyer Liqasında qələbə qazanıb. Komanda səfərdə “Araz-Naxçıvan”ın qapısından 3 cavabsız top keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest