“Liverpul” tarixində 10-cu dəfə İngiltərə Liqa Kubokunu qazanıb. Matc.az xəbər verir ki, “qırmızılar” son olaraq “Çelsi”ni finalda 1:0 hesabı ilə məğlub olaraq titula sahib çıxıb.

“Mersisaydlılar” bu göstərici ilə İngiltərə rekordunu yeniləyib. Yurgen Klopp isə Liqa Kubokunu bir dəfədən çox qazanan üçüncü “Liverpul” çalışdırıcısı olub. Ona qədər Bob Peysli və Jerar Ulye bunu bacarıb.

Bu, həm də Kloppun “Liverpul”un sükanı arxasında 8-ci titulu olub. Almaniyalı mütəxəssis ümumilikdə karyerası ərzində 13 kubok qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest