MLS-də mövsümün II turunda “Los Anceles Qalaksi” ilə qarşılaşan “İnter Mayami” 1:1 hesablı heç-heçə edib. Matc.az xəbər verir ki, “İnter Mayami”ni məğlubiyyətdən son dəqiqələrdə Lionel Messi xilas edib.

Bununla argentinalı ardıcıl 20-ci təqvim ilində fərqlənmiş olub. Çünki bu, 36 yaşlı hücumçunun 2024-cü ildə ilk qolu idi. Onun seriyası 2005-ci ildə “Barselona”nın heyətində olarkən “Albasete” ilə La Liqa görüşündə başlayıb.

Qeyd edək ki, “İnter Mayami” hazırda 4 xalla Şərq Konfransında liderdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest