26 Fevral 2024, 10:23
FUTBOL
“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə qarşılaşacaq. Matc.az xəbər verir ki, artıq sabah komandalar arasında cavab görüşünün biletləri satışa çıxarılacaq.
Leverkuzendə baş tutacaq görüşün bilet satışına yerli vaxtla saat 12:00-da başlanılacaq. Biletlər onlayn qaydada və “Bay Arena”dakı fan-şopda satışda olacaq. Əvvəlcə klubun üzvləri və abunəçilər bilet əldə edəcəklər. Qiymətlər isə 8-50 avro aralığında olacaq.
Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu martın 14-də keçiriləcək. İlk görüş isə ayın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.