26 Fevral 2024, 10:52
FUTBOL
“Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov üçün Premyer Liqanın XXIV turu yaddaqalan olub. Matc.az xəbər verir ki, “Zirə” ilə qarşılaşma müdafiəçi yubiley görüşünü keçirib.
“Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov üçün Premyer Liqanın XXIV turu yaddaqalan olub. Matc.az xəbər verir ki, “Zirə” ilə qarşılaşma müdafiəçi yubiley görüşünü keçirib.
Belə ki, 26 yaşlı cinah oyunçusu 100-cü dəfə ölkə çempionatında meydana çıxıb. Onun yubiley qarşılaşmasında komandası 0:3 hesabı ilə məğlub olub.
Turan Manafov çempionatda 2018-19 mövsümündə debüt edib. Həmin vaxt o, “Sumqayıt”ın formasını geyinib. Futbolçu “Sumqayıt”da 1, “Səbail”də 75 (3 qol), “Araz-Naxçıvan”da 24 (3 qol) oyun keçirib.