Azərbaycan Premyer Liqasının XXIV turunda “Sumqayıt”la qarşılaşan “Qarabağ” növbəti qələbəsini (2:0) qazanıb. Matc.az xəbər verir ki, bu görüş ağdamlıların müdafiəçisi Elvin Cəfərquliyev üçün ikiqat əlamətdar olub.

Belə ki, 24 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. O, 2019-20 mövsümündə “Sumqayıt”ın heyətində Premyer Liqada debüt edib. Cəfərquliyev “gənclik şəhəri” təmsilçisinin heyətində meydana çıxdığı 17 oyunda 2 qol vurub.

Millimizin üzvü “Qarabağ”da isə 83 matçda iştirak edib və rəqib qapılarına 6 dəfə yol tapıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest