26 Fevral 2024, 12:25
FUTBOL
“Səbail”in müdafiəçisi Adil Nağıyev Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. Matc.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXIV turunda reallaşıb.
29 yaşlı oyunçu “Sabah”ı 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada sonradan meydana çıxıb. Bu isə onun yubileyi ilə yadda qalıb.
Adil Nağıyev Premyer Liqada ilk oyununu 2015-16 mövsümündə “Zirə”də olarkən keçirib. O, bu illər ərzində “Zirə”də 83, “Sumqayıt”da 12, “Şamaxı”da 17, “Səbail”də 88 görüşdə iştirak edib. Nağıyev 200 qarşılaşmada rəqib qapıçılarını 5 dəfə cəzalandırıb. Bunun 3-ü “Zirə”nin, 2-si “Səbail”in heyətində olub.
Qeyd edək ki, Adil Nağıyev ölkə çempionatlarında 200 və daha çox oyun keçirən 149-cu futbolçudu.