Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən 5 oyundan sonra 5 futbolçu cəzalı duruma düşüb. Matc.az xəbər verir ki, həmin oyunçuların hamısı sarı vərəqə limitini doldurub. “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “Sumqayıt” bu azmış kimi, 2 oyunçusunu da itirib.
Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən 5 oyundan sonra 5 futbolçu cəzalı duruma düşüb. Matc.az xəbər verir ki, həmin oyunçuların hamısı sarı vərəqə limitini doldurub.
“Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “Sumqayıt” bu azmış kimi, 2 oyunçusunu da itirib. Belə ki, Elvin Bədəlov və Abu Dosso ikinci hissədə aldıqları sarı vərəqə nəticəsində növbəti matçı buraxmalı olacaq.
“Zirə” qarşıdakı turda kapitansız çıxış edəcək. Çünki müdafiəçi Qismət Alıyev “Araz-Naxçıvan”la (3:0) qarşılaşmada mövsüm ərzində 8-ci sarı vərəqəni alıb.
“Səbail”in müdafiəçisi Adil Nağıyev “Sabah”la (2:0) “Qəbələ”nin yarımmüdafiəçisi Emil Səfərov isə “Kəpəz”lə (1:2) oyunda eyni səbəbdən cəzalı duruma düşüb.