26 Fevral 2024, 14:34
FUTBOL
Lautaro Martines “İnter”in tarixinə düşüb. Matc.az xəbər verir ki, argentinalı hücumçu A seriyasının XXVI turunda “Leççe”ni 4:0 hesabı ilə məğlub etdikləri oyunda dubl etməklə buna nail olub.
Bununla o, “neradzurra”nın heyətində A seriyasında 100 qol həddinə çatana üçüncü əcnəbi olub. Martinesin aktivində artıq 101 top var. O, macar İstvan Njers və argentinalı Mauro İkardini geridə qoyub.
Qeyd edək ki, Lautaro Martines bu mövsüm A seriyasında 22 oyunda 21 qol vurub, 2 məhsuldar ötürmə verib.