İtaliya klubu “Sassuolo”da baş məşqçi istefası reallaşıb. Matc.az A seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Alessio Dionisi postundan uzaqlaşdırılıb.

Buna səbəb komandanın uğursuz nəticələr göstərməsidi. XXVI turda öz meydanında “Empoli”yə məğlubiyyət (2:3) rəhbərliyin səbr kasasını daşırıb. Komandanın sükanı arxasına hələlik gənclər komandasının baş məşqçisi Emiliano Biqika təyin olunub.

Qeyd edək ki, Alessio Dionisi 2021-ci ilin yayından bəri “Sassuolo”ya rəhbərlik edib. Komanda hazırda 20 xalla 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest