26 Fevral 2024, 16:27
FUTBOL
PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Kilian Mbappenin ayrılması ilə barışıb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis artıq onsuz oynamağa öyrəşməyin vaxtının çatdığını açıqlayıb.
Enrike Fransa Liqa 1-nin XXIII turunda “Renn”lə (1:1) görüşün 65-ci dəqiqəsində Mbappeni əvəzləməsini də bununla əlaqələndirib: “Biz Kilian Mbappesiz oynamağa öyrəşməliyik”.
Birinci hissədə hesabda geri düşən PSJ-ni 90+7-ci dəqiqədə Qonsalo Ramos penalti qolu sayəsində məğlubiyyətdən xilas edib - 1:1.
Qeyd edək ki, Kilian Mbappenin yayda “Real”a keçidi gözlənilir.