Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Ayn”a Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda 0:1 hesabı ilə uduzduqları oyunda fərqlənə bilməyib. Matc.az xəbər verir ki, bununla portuqaliyalının uğurlu seriyası qırılıb.

39 yaşlı forvard ardıcıl 9 matçlıq qol seriyasına son qoyub. Ronaldo buna qədər sonuncu dəfə dekabrın 1-də rəsmi görüşdə fərqlənə bilməmişdi. Bu, Səudiyyə Ərəbistanı çempionatının “Əl-Hilal”la qarşılaşmasında (0:3) baş verib.

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 37 oyun keçirib, 34 qol vurub, 11 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest