05 Mart 2024, 16:48
FUTBOL
“Atletiko” “Real Sosyedad”ın müdafiəçisi Robin Le Normandla maraqlanır. Matc.az xəbər verir ki, Madrid klubu 27 yaşlı ispaniyalı futbolçuya müdafiəni gücləndirəcək oyunçulardan biri kimi baxır.
San Sebastian təmsilçisi də mərkəz müdafiəçisini satmağa razıdı. Ancaq “Real Sosyedad” keçidin reallaşması üçün 40 milyon avro tələb edib. Paytaxt təmsilçisi məbləği azaltmaq üçün müqaviləyə basklarda icarə əsasında çıxış edən müdafiəçi Xavi Qalanı daxil edə bilər.
Qeyd edək ki, İspaniya millisinin üzvü 2018-ci ildən “Real Sosyedad”ın formasını geyinir.