05 Mart 2024, 20:43
FUTBOL
"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino, klubun hücumçuları Lionel Messi, Luis Suares və yarımmüdafiəçi Yulian Qressel MLS-in müntəzəm mövsümünün 3-cü turu üçün rəmzi heyətə daxil edilib.
Matc.az xəbər verir ki, Florida komandası "Orlando Siti"yə 5:0 hesabı ilə qalib gələrək tarixdəki ən böyük qələbəsini qazanıb.
Messi və Suares oyunda dubla imza atıb, uruqvaylı isə həm də 2 məhsuldar ötürmə də edib. Qresselin də oyunda 2 məhsuldar ötürməsi var.