"Atletiko"nun hücumçusu Antuan Qrizmann Çempionlar Liqasının 1/8 final mərhələsinin martın 13-də "İnter"ə qarşı cavab oyunu üçün meydana qayıdacaq.
 
Matc.az xəbər verir ki, Fransa millisinin futbolçusu İtaliya klubu ilə ilk oyunda zədələnmişdi. Həmin oyundan bəri o, fərdi məşqlər edərək bərpa prosesini sürətləndirilmiş formada keçib.
 
Qeyd edək ki, "Atletiko" - "İnter" oyunu martın 14-ü saat Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest