Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Matc.az xəbər verir ki, cavab görüşləri çərçivəsində iki matç baş tutub.
 
Bu oyunlar 1/4 finalın daha iki iştirakçısının adına aydınlıq gətirib. “Real” və “Mançester Siti” bu hüququ əldə edib.
 
Madrid klubu səfərdə məğlub etdiyi “Leypsiq”lə evdə heç-heçə oynayıb. Turnirin qalibi isə “Kopenhagen”i eyni hesabla məğlub edib. "Mançester Siti" hər iki qarşılaşmada 3:1 hesabı ilə üstün olub.
 
Qeyd edək ki, bir gün əvvəl “Bavariya” və PSJ 1/4 finala adlayıb.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

6 mart

“Real” – “Leypsiq” - 1:1
Qollar:
 Vinisius, 65 - Orban, 68

Baş hakim: Espen Eskas (Norveç)

Mançester, “Etihad” stadionu

İlk oyun – 3:1


“Mançester Siti” – “Kopenhagen” - 3:1
Qollar: Akanji, 5. Alvares, 9. Holand, 45+3 - Elyunussi, 29

Baş hakim: Davide Massa (İtaliya)

Madrid, “Santiaqo Bernabeu”

İlk oyun – 1:0

Qeyd edək ki, mərhələnin digər 4 cavab görüşü martın 12-13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest