Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları Harri Keyn və Kilian Mbappe üçün yaddaqalan olub. Matc.az xəbər verir ki, müvafiq olaraq “Bavariya” və PSJ-nin hücumçuları qol vurmaqla bunu bacarıb.

Keyn “Latsio”, Mbappe isə “Real Sosyedad”la qarşılaşmada hesabı açmaqla cari mövsüm “Top-5” liqa komandalarına qarşı görüşlərdə qol+ötürmə sayında 40-a çatan ilk futbolçular olub. Bu, aktivində 7 assist olan Mbappenin 33-cü qoludu. O, qarşılaşmanın gedişində daha bir qol vurub.
8 məhsuldar ötürməsi olan Keyn isə komandasının ilk qolunu vurmaqla ümumi top sayını 32-yə çatdırıb. Keyn də oyunu dublla başa vurub.