Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer” azarkeşlərini təəccübləndirib. Matc.az xəbər verir ki, Almaniya klubu sadiq fanatlarına jest edib. Leverkuzenlilər onları mükafatlandırmaq üçün çarter reysi ilə Bakı səfərlərini təşkil edəcək.

Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer” azarkeşlərini təəccübləndirib. Matc.az xəbər verir ki, Almaniya klubu sadiq fanatlarına jest edib.

Belə ki, leverkuzenlilər onları mükafatlandırmaq üçün çarter reysi ilə Bakı səfərlərini təşkil edəcək. Qonaq komandanın fanatları üçün ayrılan hər biri 16 avroluq matç bileti də rəhbərlik tərəfindən hədiyyə ediləcək.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” oyunu saat 21:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest