“Qarabağ”la qrupda qarşılaşdığımız üçün komandalar indi bir-birilərini yaxşı tanıyır”. Matc.az xəbər verir ki, bunu “Bayer”in idman direktoru Simon Rolfes deyib.
Klub rəsmisi Avropa Liqasının 1/8 final mərhələsində Azərbaycan çempionu önündə şanslarını dəyərləndirib. O, finala qədər irəliləmək arzusunda olduqlarını dilə gətirib: “Bu dəfə işimiz daha çətin olacaq. Əlbəttə ki, 1/4 finala yüksəlmək istəyirik və bunun üçün böyük konsentrasiya ilə hazırlaşırıq. Hər kəsin niyyəti mayın 22-də Dublində keçiriləcək finalda yer almaqdır. Həmçinin bizim də”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə təşkil olunacaq.