PSJ-nin baş məşqçisi Luis Enrike “Barselona”nın maraq dairəsində olmasına münasibət bildirib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis İspaniya klubuna qayıtmaq fikrində deyil.

O, PSJ-də qalmağı düşünür: “Barselona” ilə bağlı yayılan məlumatları mən də görmüşəm. Ancaq komandamdan razıyam. Uzun müddət burada qalacağıma və komandamla uğurlar qazanacağımıza inanıram”.

Qeyd edək ki, Luis Enrike 2014-2017-ci illərdə “Barselona”nı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest