06 Mart 2024, 14:19
FUTBOL
Uğursuz nəticələrlə diqqət çəkən “Çelsi”də baş məşqçi dəyişikliyi baş tuta bilər. Matc.az xəbər verir ki, Premyer Liqa klubu sabiq çalışdırıcısı Joze Mourinyonun qayıtması variantını nəzərdən keçirir.
Lakin portuqaliyalı mütəxəssis buna müsbət yanaşmır. 61 yaşlı çalışdırıcı yenidən londonluların sükanı arxasına keçmək niyyətində deyil.
Qeyd edək ki, Joze Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə “Çelsi”yə rəhbərlik edib. Onun son komandası bu ilin yanvarında ayrıldığı “Roma” olub.