“Mançester Yunayted”in hücumçusu Markus Reşford komanda yoldaşları arasında hörmətini itirib. Matc.az xəbər verir ki, buna səbəb onun gecə klubuna getməsi olub.

26 yaşlı forvard İngiltərə Kubokunun 4-cü mərhələsində “Nyuport”la (4:2) görüşdən əvvəl məşqdən yayınıb. İngiltərə millisinin üzvünün bu davranışı komanda yoldaşlarını məyus edib. Əksər futbolçular Reşfordla danışmır. Hücumçu gecə klubunda görüntülənsə də, bunu təkzib edib.

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Markus Reşford 2016-cı ildən əsas komandada çıxış edir. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest