06 Mart 2024, 11:16
FUTBOL
“Bavariya” Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin “Latsio” ilə cavab oyununda qapısından qol buraxmayıb. Matc.az xəbər verir ki, münhenlilərin çərçivəsini kapitan Manuel Noyer qoruyub.
Bu, 37 yaşlı qolkiperin ÇL-də qol buraxmadan tamamladığı 57-ci qarşılaşma olub. O, “Real” və “Porto”da çıxış etmiş sabiq qapıçı İker Kasilyasın rekordunu təkrarlayıb. Ancaq almaniyalıya bunun üçün daha az oyun lazım olub. Kasilyas 177 matçda bunu reallaşdırıbsa, Noyer 136 görüş kifayət edib.
Qeyd edək ki, ümumi hesabda rəqibini 3:1 (0:1, 3:0) məğlub edən “Bavariya” 1/4 finala yüksəlib.