“Hər görüşə xüsusi hazırlaşırıq”. Matc.az xəbər verir ki, bunu “Bayer”in futbolçusu Robert Andrix deyib. 29 yaşlı yarımmüdafiəçi Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib.
“Hər görüşə xüsusi hazırlaşırıq”. Matc.az xəbər verir ki, bunu “Bayer”in futbolçusu Robert Andrix deyib.
29 yaşlı yarımmüdafiəçi Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib: “İlk oyunun səfərdə keçirilməsi bizim üçün çox vacibdi. Doğma azarkeşlərimiz önündəki cavab matçında mərhələ adlamağa çalışacağıq. Komandamız ötən illər ərzində çox inkişaf edib”.
O, komandasının cari mövsümdəki 100-cü qolunu Bakıda vurmaq arzusunda olduqlarını söyləyib: “Əslində yubiley qolunu kimin vurmasının fərqi yoxdu. Əsas odu ki, qələbə qazanaq. Düşünürəm ki, fərqlənmək üçün şanslarımız olacaq”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.