AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva növbəti dəfə təyinat alıb. Matc.az xəbər verir ki, UEFA onu 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyununa göndərmək qərarına gəlib.

AFFA rəsmisi martın 14-dən 20-dək Niderlandda təşkil olunacaq A liqasının 5-ci qrupunun matçlarında UEFA nümayəndəsi olacaq.

Həmin qrupda İspaniya, Niderland, Ukrayna və Türkiyə yığmaları çıxış edəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest