06 Mart 2024, 14:25
FUTBOL
Qadın futbolçulardan ibarət millilər arasında Avropa çempionatının seçmə mərhələsinin təqvimi müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının da oyunlarının vaxtı bilinib.
B Liqasının 1-ci qrupunda yer alan komandamız aprel-iyul ayları aralığında 6 görüş keçirəcək.
5 aprel: Macarıstan – Azərbaycan
9 aprel: Azərbaycan – İsveçrə
31 may: Azərbaycan – Türkiyə
4 iyun: Türkiyə – Azərbaycan
12 iyul: Azərbaycan – Macarıstan
16 iyul: İsveçrə – Azərbaycan
Qeyd edək ki, turnirin final mərhələsi 2025-ci ildə İsveçrədə təşkil olunacaq.