06 Mart 2024, 15:21
FUTBOL
“Zirə”nin Premyer Liqanın XXVII turunda “Kəpəz”lə ev oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matc.az xəbər verir ki, bununla bağlı Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, Zirə İdman Kompleksinin stadionunun qazonunda əsaslı təmir və yeniləmə işləri aparılır. Bu üzdən qəsəbə təmsilçisi PFL-ə müraciəti ünvanlayıb.
Stadionun son durumunun fotolarını və mütəxəssis rəylərini nəzərə alan qurum martın 16-dakı qarşılaşmanın mərkəzi arenaya keçirilməsini qərara alıb. Matçın start fiti saat 16:00-da səslənəcək.
“Zirə” Azərbaycan Kubokunun yarımfinal oyunundan etibarən Zirə İK stadionuna qayıdacaq.