Azərbaycan millisinə çağırılan bir futbolçu müəyyənləşib. Matc.az xəbər verir ki, Türkiyədə legioner həyatı yaşayan Vüsal İsgəndərli baş məşqçi Arif Əsədovdan dəvət alıb. Vüsal İsgəndərli sonuncu dəfə 2020-ci ilin sonlarında milliyə çağırılıb.

Azərbaycan millisinə çağırılan bir futbolçu müəyyənləşib. Matc.az xəbər verir ki, Türkiyədə legioner həyatı yaşayan Vüsal İsgəndərli baş məşqçi Arif Əsədovdan dəvət alıb.

“Boluspor”un formasını geyinən 28 yaşlı yarımmüdafiəçi bu ay “FIFA series–Edition 2024” turniri çərçivəsində Monqolustan və Bolqarıstana qarşı keçiriləcək görüşlərdə məşqçilər korpusunun sərəncamında olacaq. Turnirin bütün matçları Bakıda reallaşacaq.

Qeyd edək ki, Vüsal İsgəndərli sonuncu dəfə 2020-ci ilin sonlarında milliyə çağırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest