06 Mart 2024, 20:11
FUTBOL
İcarə əsasında "Xetafe"də çıxış edən, "Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud Yamayka millisinin futbolçusu ola bilər.
Matc.az xəbər verir ki, o, İngiltərə millisində 3 oyundan az (1 oyun) keçirib ki, bu da ona idman vətəndaşlığını dəyişməyə imkan verir.
Qeyd edək ki, 22 yaşlı forvard bu mövsüm İspaniya klubunun heyətində 23 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə verib.