06 Mart 2024, 21:28
FUTBOL
İngiltərədə “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runiyə “Futbol əfsanəsi” mükafatı təqdim olunacaq.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" jurnalistləri məlumat yayıb. Sabiq hücumçu bu mükafatı milli komandaya sadiqliyinə görə alacaq.
Xatırladaq ki, Runi İngiltərə yığmasında 120 matçda, 53 qol vurub. O, millinin bombardiri siyahısında ikinci yeri tutur. Bu göstəricidə lider hücumçu Harri Keyndir.