Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.
 
Matc.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 final mərhələsinin ilk görüşünə çıxıb.
 
Ağdam klubu Almaniya Bundesliqasının lideri “Bayer”lə görüşib. Leverkuzen təmsilçisinə qrup mərhələsində iki dəfə uduzan (1:5, 0:1) “Qarabağ” doğma divarlar arasında güclü rəqibi büdrətməyə yaxın olub. Fasiləyə 2:0 hesabı ilə üstün yollanan Azərbaycan çempionu 2-ci hissədə qələbəni qoruya bilməyib. Qonaqlar 2 qol vurublar - 2:2
 

Avropa Liqası

1/8 final, ilk oyun

7 mart

“Qarabağ” – “Bayer” (Almaniya) 2:2 

Qol: Benzia, 26. Juninyo, 45+2 - Virtz, 70. Patrik Şik, 90+2

Baş hakim: Benua Bastyen (Fransa)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 99. Andrey Lunyov, 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Baş məşqçi: Qurban Qurbanov

"Bayer": 17. Matey Kovar, 20. Alexandro Qrimaldo, 12. Edmind Tapsoba, 4. Conatan Tah (k), 6. Odilon Kassunu, 21. Amin Adli, 8. Robert Endrix, 25. Eksekiel Palasios, 19. Natan Tella, 9. Borxa İqlesias, 23. Adam Hlozek

Baş məşqçi: Xabi Alonso.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzendə reallaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest