07 Mart 2024, 10:07
FUTBOL
Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “Kopenhagen”i 3:1 hesabı ilə məğlub edən “Mançester Siti” turnirdə ardıcıl 10-cu qələbəsini qazanıb. Matc.az xəbər verir ki, bu, ingilis klubları arasında rekord göstəricidi.
Turnir tarixində buna qədər cəmi 2 komanda ardıcıl 10 qalibiyyət həddinə çata bilmişdi. Bir dəfə “Real”, iki dəfə isə “Bavariya” bu seriyanı yaxalayıb. Rekordçu olan almanlar 2020-ci ildə hətta ardıcıl 15 matçda aktivinə 3 xal yazdırmışdı.
Qeyd edək ki, “Kopenhagen”i hər iki qarşılaşmada eyni hesabla (3:1) üstələyən “Mançester Siti” 1/4 finala yüksəlib.