07 Mart 2024, 11:00
FUTBOL
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları üçün həftənin futbolçusu adına namizədləri açıqlayıb. Matc.az xəbər verir ki, qitə futbol qurumu 4 oyunçunu fərqləndirib.
Onlardan “Leypsiq”in müdafiəçisi Villi Orban “Real”la oyunda (1:1) qol vurub. PSJ-nin hücumçusu Kilian Mbappe “Real Sosyedad”la (2:1), “Bavariya”nın forvardı Harri Keyn isə “Latsio” ilə matçda (3:0) dubl edib. “Mançester Siti”nin müdafiəçisi Manuel Akanji isə “Kopenhagen”lə görüşdə (3:1) fərqlənib.
Qalib azarkeşlər arasında UEFA-nın rəsmi saytında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.