07 Mart 2024, 11:28
FUTBOL
“Adana Dəmirspor”un hücumçusu Mario Balotelli növbəti dəfə meydandan kənar davranışı ilə gündəmə gəlib. Matc.az xəbər verir ki, ulduz futbolçu bu dəfə fişəng yandırıb.
Hadisə Superliqanın XXVIII turunda “Fatih Karagümrük”lə keçirilən oyundan sonra baş verib. Rəqibini 1:0 hesabı ilə məğlub edən adanalılarda qarşılaşmanın ardından paltardəyişmə otağında italiyalı forvard partlayıcı fişəng atıb. Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də iştirak etdiyi matçda yeganə qola məhz Balotelli imza atıb.
Qeyd edək ki, “Adana Dəmirspor” hazırda 35 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşır.