07 Mart 2024, 11:52
FUTBOL
İngiltərə Çempionşipinin 36-cı turunun “Sauthempton” – “Preston” oyunu təxirə salınıb. Matc.az xəbər verir ki, buna səbəb stadionun yaxınlığında yanğının baş verməsidi.
Yanğın yaxınlıqdakı binada olub. Bu, arenanın ətrafındakı ərazidə əhəmiyyətli axsamaya yol açıb. Yanğınsöndürmə maşınları ora gəldiyi üçün ətraf yollar bağlanıb. Qarşılaşmanın nə vaxt keçiriləcəyi hələ bəlli deyil.
Qeyd edək ki, hazırda “Sauthempton” 70 xalla dördüncü, “Preston” isə 53 xalla doqquzuncu pillədədi.