07 Mart 2024, 14:05
FUTBOL
Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer”in heyətində bəzi dəyişikliklər olacaq. Matc.az xəbər verir ki, baş məşqçi Xabi Alonso xüsusən də qapı xəttində rotasiyaya gedəcək.
Bunu ispaniyalı mütəxəssis özü açıqlayıb. O bildirib ki, iştirak etdikləri turnirlərin qalibi olmaq üçün hamıya şans vermək vacibdi. Xabi Alonso “Qarabağ”la həm Bakıdakı, həm də Leverkuzendəki qarşılaşmada çərçivəni gənc Matey Kovaya həvalə edəcəyini söyləyib. Kapitan Lukaş Qradetski isə Bundesliqa oyunlarında əsas qapıçı olacaq.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Leverkuzendəki cavab görüşü martın 14-nə təsadüf edəcək.