07 Mart 2024, 14:33
FUTBOL
“İnter” baş məşqçisi Simone İnzaqini buraxmaq fikrində deyil. Matc.az xəbər verir ki, İtaliya klubu çalışdırıcısı ilə yeni müqavilə imzalamağı düşünür.
Milanlılar 47 yaşlı mütəxəssislə sözləşməni 2027-ci ilə qədər uzatmağı planlaşdırır. İnzaqi razılıq verəcəyi təqdirdə illik maaşı 5,5 milyon avrodan 7 milyona yüksələcək. Tərəflər hazırda bu razılaşma üzərində çalışır.
Lakin danışıqların mövsümün sonuna qədər təxirə salınması qərara alınıb. İnzaqi özü də “İnter”də qalmağı üstün tutur. O, “Liverpul” və “Mançester Yunayted”in də gündəmindədi.